Əlaqə Arxiv
news Image
2014.08.04
18:23
| A A A
Şəhid oğlu:"Təki Vətən sağ olsun!"
Atasının medalını alan azyaşlı Riyad: "Təki vətən sağ olsun" Cəbhənin Ağdam rayonunuda şəhid olmuş Biləsuvar rayonunun Nərman kənd sakini Pərvin Əliyev də ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, medal şəhidin azyaşlı övladı Riyada verilib.

Şəhid övladı atasının vətən uğrunda ölməsinə bir kəlmə ilə cavab verib.
"Təki Vətən sağ olsun!", - deyə şəhid oğlunun bu kəlməsi böyük alqışlara səbəb olub.

Daha sonra tədbirdə şəhidin keçdiyi yol, döyüşlərdə göstərdiyi şücaət barədə danışılıb.

Gizir Əliyev Pərvin Səlahəddin oğlu avqustun 1-dən 2-nə keçən gecə erməni diversiyasının qarşısını alarkən həlak olub. 


Sizin Reklam Yeriniz