Əlaqə Arxiv
news Image
2014.08.16
19:15
| A A A
Bakıda yanğın
Bu gün Bakının Binəqədi rayonunda yataqxanada yanğın baş verib.Movqe.az xəbər verir ki ,  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə Abay Kunanbayev küçəsi, 31/23-cü məhəllə, ləğv edilən "Bakı Elektroterm" zavodunun yataqxanasında olub.

Yanğın yataqxanada yaşayan Ağdamdan məcburi köçkün olan Sərxan Məmmədova məxsus evdə qeydə alınıb. İlk öncə yanğın evdə 9 kvadrat metr olan əlavə tikilidə olub. Sərxan Məmmədov özü yanğını söndürmək istəyərkən əlləri və ayaqları yanıb. Yanğın digər otaqlara da keçib. Nəticədə ev əşyaları ilə birlikdə yararsız hala düşüb.

Hadisə yerinə gələn yanğınsöndürənlər və xilasedicilər Sərxan Məmmədovu otaqdan çıxarıblar. Onu xəstəxanaya yerləşdiriblər.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz