Əlaqə Arxiv
news Image
2014.08.23
14:07
| A A A
Güclü tozsoranlar yasaqlanır
Sentyabrın 1-də Avropa İttifaqı boyu gücü 1600 vatt-dan yuxarı olan tozsoranların istehsalı və idxalına qoyulan qadağa qüvvəyə minir.

Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu yaxınlarda keçirilən araşdırmalardan birinə əsasən qadağa bazardakı 10 tozsorandan yeddisinə şamil edilə bilər.

Onlardan çoxu istehlakçı "Which?" təşkilatının ekspertləri tərəfindən "ən yaxşı mal" kimi qiymətləndirilib.
Yeni Avropa qaydaları, iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün Aİ-nin enerji səmərəliliyini artırmaq planına görə tətbiq olunur.

Yasaqlanacaq tozsoranlar arasında aşağıdakı modellər olacaq:
• Hoover Spirit TSP2101 (2100 vatt)
• Miele S5281 (2200 vatt)
• Samsung Cyclone
• Force Sensor (2100 vatt)
• Bosch BSG8PRO1 (1800 vatt)

Üç il ərzində qaydalar yenidən sərtləşdiriləcək. 2017-ci ildə tozsoranların gücü 900 vatt-la məhdudlaşacaq.


Sizin Reklam Yeriniz