Əlaqə Arxiv
news Image
2014.08.24
12:31
| A A A
Türkiyədə quldur dəstə başçısı öldürüldü
Türkiyənin paytaxtı Ankarada uzun müddətdən bəri təqib olunan quldur dəstə başçısı zərərsizləşdirilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Dikmən rayonunda cinayətkar şəbəkəyə qarşı xüsusi əməliyyatlar keçiriblər.

Qrup üzvləri saxlanılan zaman polisə tabe olmaqdan boyun qaçırıblar. Elə bu vaxt tərəflər arasında atışma başlayıb. Atışma zamanı cinayətkar dəstə başçısı öldürülüb. 3-ü polis əməkdaşı olmaqla 4 nəfər yaralanıb. Yaralılardan birini vəziyyəti ağır hesab edilir. Atışma zamanı silahlılardan biri yaralı olmasına baxmayaraq, hadisə yerindən qaça bilib.

Atışma zamanı ətrafdakı insanlar da təlaş içində qalıblar.

Ankara polisi sözügedən quldur dəstəsinin insanların evlərinə basqın etdiyini, təhdid və şantaj yolu ilə vətəndaşları soyduqlarını bildirib.
Sizin Reklam Yeriniz