Madriddə etirazlar davam edir
Movqe.Az bildirir ki, İspaniyanın
paytaxtı Madriddə davam edən hökumətə qarşı nümayişlərdə
daha 9 adam nəzarətə alınıb. Kömür mədənlərində dövlət
köməyini 63 faiz nisbətində kəsən hökumətə gün ərzində etiraz edən
kömür mədən işçilərinin Madrid küçələrində yığışaraq reallaşdırdığı
hərəkata hökumətin açıqladığı yeni qaydalara qarşı olanlar da
qatılıb.
Baş nazir Mariano Rajoyun Məclisdə açıqladığı 35 maddəlik yeni tədbir paketinə qarşı olan vətəndaşlar və "15-M" adlı xalq hərəkatına mənsub kəslər, kömür mədəni işçiləri ilə birlikdə etiraz nümayişi ediblər.
Sol Meydanında yığışan aktivistlər arasından 9 adam nəzarətə alınıb.
Madriddə baş verən hadisələrdə həbs olunanların sayı 17 nəfər, hadisələr əsnasında yüngül şəkildə yaralananların sayı isə70-dən çox olub.