Əlaqə Arxiv
news Image
2014.08.31
19:12
| A A A
Səudiyyə kralından təəccüblü İŞİD açıqlaması
Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz dünyaya, Yaxın Şərq mövzusunda xəbərdarlıq edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Əbdüləziz dünyanın İŞİD təhdidinə qarşı birləşmədiyi təqdirdə Avropa və ABŞ-nin də təhlükə altında olacağını vurğulayıb.

Bu sözləri evində səfirlərin qəbulun təşkil etdyi vaxt dediyi və qonaqlar arasında ABŞ xarici işlər naziri Con Kerrinin də olduğu bildirilir.

Abdullah bin Əbdüləziz "Terrorizm sərhəd tanımır və təhlükəsi Orta şərqin xaricindəki bir neçə ölkəni də təsir edə bilər. Cihatçıların baş kəsdiyini və küçələrdə uşaqlara bunları sərgilədiyini görürük. Onların nələr etdikləri və nələr edə biləcəkləri bir sirr deyil. Sizdən bu mesajı Liderlərinizə çatdırmanızı xahiş edirəm: Şeytani bir güc olan terrorizmlə, müdrikliklə və sürətli bir şəkildə mübarizə aparılmalıdır. Əgər laqeyd olsaq terrorizmin bir ay sonra Avropaya və iki ay sonra ABŞ-a sıçrayacağından əminəm"- deyə qonaqlara bildirib.
Sizin Reklam Yeriniz