Əlaqə Arxiv
news Image
2014.09.01
00:19
| A A A
Ərdoğan: "Siz bir çox oyunları pozduz"
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Çankaya köşkünə köçdükdən bəri ilk dəfə İstanbulda Kısıklıda yerləşən iqamətgahına gəlib və burada vətəndaşlar tərəfindən coşğu ilə qarşılanıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, əvvəlcə Atatürk hava limanında izdiham tərəfindən qarşılanan Ərdoğan ilk çıxışını da elə burada edib.

Rəcəb Tayyib Ərdoğan öz tərəfdarları qarşısında çıxış edərkən belə deyib: "Milli iradə olaraq nümayiş etdirdiyiniz 10 avqust mövqeyi heç vaxt unudulmayacaq. Siz bir çox oyunları pozduz. Bu oyunları pozmaqla bir şeyi sübut etdiniz ki, milli iradə hər şeydən üstündür. Milli iradəni oğurlamaq istəyənlərə cavab verdiz. Artıq sadəcə milli deyil, beynəlxalq əsasda da yola çıxıb seçilmiş prezidentlə seçilmiş hökumət əl-ələ verərək, ölkəmizi müasir mədəniyyətlər səviyyəsinə çıxaracağıq!"
Sizin Reklam Yeriniz