Əlaqə Arxiv
news Image
2014.09.01
12:00
| A A A
84 əsgər xilas edildi
Qeraşenko: "Əsgərlərimizin hər birini xilas etməyə çalışırıq" Donetsk vilayətinin İlovaysk şəhərində 84 hərbçi separatçıların mühasirəsindən xilas edilib. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Qeraşenko facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, "Donbass" batalyonunun 69, "Svityaz" batalyonunun 11, DİN-in Xüsusi "Dnepr 1" batalyonunun 4 döyüşçüsü mühasirədən xilas edilib. Mühasirədən çıxarılan əsgərlərdən 4-nün qadın olduğu bildirilir.

Qeraşenko bildirib ki, bu gün separatçıların mühasirəsində qalan Ukrayna ordusunun hərbçilərinin adlarının siyahısı açıqlanacaq.

"Onların hər birini xilas etməyə çalışırıq", deyə müşavir bildirib.

Qeyd edək ki, Rusiya qoşunları Ukraynaya daxil olduqdan sonra Ukrayna hərbçilərinin böyük hissəsi Donetsk və Luqanskda mühasirəyə düşüblər.
Sizin Reklam Yeriniz