Əlaqə Arxiv
news Image
2014.09.05
10:40
| A A A
Nazirlik 4611 qanun pozuntusu aşkarladı

Bu ilin avqust ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4611 vergi ödəyicisində qanunvericiliyin pozulması faktı aşkarlanıb. Movqe.az-aVergilər Nazirliyindən verilən məlumata görə, 720 vergi ödəyicisində qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 194 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 579 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq almadan məşğul olduğu müəyyən edilib. Üç vergi ödəyicisinin 56 fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi, 175 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıdığı, 30 vergi ödəyicisində aksiz markaları ilə markalanmayan mallar olduğu aşkarlanıb.
Nöqsanlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

Sizin Reklam Yeriniz