Əlaqə Arxiv
news Image
2014.09.06
16:14
| A A A
Senata Türkiyə çağırışı
ABŞ Dövlət Departamentinin sözçüsü Mariya Harf Senata müraciət edib. Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, sözçü Amerikanın Ankara səfiri olması üçün namizədliyi irəli sürülən Con Bass və digər səfirlərin təyinatlarının təsdiqlənməsi üçün çağırış ünvanlayıb.

"Türkiyə kimi ölkələrdə səfirə çox ehtiyacımız var. Çünki yüksək səviyyədə təmsil olunmaq çox əhəmiyyətlidir. Senatı, mümkün olan ən qısa vaxt ərzində Con Bassın namizədliyini dəstəkləməyə səsləyirəm".

Məlumata görə, ABŞ Dövlət Departamentinin müxtəlif mövqelərdə namizəd göstərdiyi, amma vəzifələrinin icrasına rəsmən başlamaq üçün senatda təsdiq olunmağı gözləyən 65 diplomat var. Aralarında ən çoxu 2.5 il olmaqla, bir ildən artıq müddətdir tədiq gözləyən 65 diplomatdan 22 nəfəri heç Senatın Xarici Əlaqələr komitəsi tərəfindən də təsdiqlənməyib.

Qeyd edək ki, vəzifələrinin icrasına rəsmən başlamaq üçün səfirlərin namizədlikləri əvvəl Xarici Əlaqələr komitəsində, daha sonra Senatın plenar iclasında təsdiq olunmalıdır.
Sizin Reklam Yeriniz