Əlaqə Arxiv
news Image
2014.09.07
14:12
| A A A
Tikdirdiyi tuneldə maşınını su basdı
Türkiyədə ötən gün axşam saatlarında yağan gözlənilməz yağış bölgələrdə vəziyyəti çətinləşdirib.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki ,  paytaxt Ankarada, İstanbulun bir sıra səmtlərində fəsadlara səbəb olan yağış və sel suları Karabük vilayətindən də yan keçməyib.

Yağışın axşam saatlarında intensivləşməsi yollarda avtomobillərin hərəkətini dayandırıb, sürücülər avtomobillərin içərisində yağışın dayanmasını, suların çəkilməsini və hərəkətin bərpa olunmasını gözləyiblər.

Karabükdə Atatürk bulvarı ilə Zonquldağ prospektini birləşdirən avtomobil tunelini də su basıb. Burada da avtomobillərdə sürücü və sərnişinlər çarəsiz vəziyyətdə gözləməli olublar. Onların içində MHP-li bələdiyyə sədriRafət Vergilinin də avtomobili olub. O, sürücüsü ilə birlikdə 15 dəqiqə avtomobilinin bələdiyyəyə məxsus ağır texnikalarla dartılaraq çıxarılmasını gözləyib.

Qeyd edək ki, sözügedən tunel məhz həmin bələdiyyə sədrinin göstərişi ilə tikilib.
Sizin Reklam Yeriniz