Əlaqə Arxiv
news Image
2014.09.13
13:16
| A A A
General İŞİD-i tarixdən siləcək
Beynəlxalq antiterror əməliyyatları çərçivəsində 2011-2013-cü illərdə ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinə komandanlıq etmiş, nüfuzlu generallardan olan Con Allenin İŞİD təhlükəsi ilə əlaqədar Prezident Barak Obamaya müraciəti nəticə verib.

Movqe.az-ın publika.az-a istinadən xəbərinə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama general Con Alleni İŞİD-lə mübarizə aparacaq koalisiya əməliyyatlarına koordinator təyin edib.

Con Allen iki həftə bundan əvvəl ABŞ prezidenti Barak Obamaya yazdığı müraciətdə İŞİD-in amerikalı jurnalistləri vəhşicəsinə qətlə yetirməsinin Amerika ictimaiyyətinin səbir kassasını daşdırdığını bildirmişdi.

Bundan başqa, general sözgedən terror qruplaşmasının tarix səhnəsindən silinməli olduğunu da vurğulayıb.

Qeyd edək ki, amerikalı general Yaxın Şərqdə bir çox əməliyyatlara başçılıq edib. Həmçinin, səkkiz il əvvəl İraqda "Əl-Qaidə" terror təşkilatına qarşı keçirilən əməliyyatlarda da koordinator olub.
Sizin Reklam Yeriniz