Əlaqə Arxiv
news Image
2014.09.13
14:05
| A A A
“Hökumət oğlumu pis vəziyyətə qoydu”
İŞİD silahlıları tərəfindən başı kəsilərək edam edilən ABŞ-lı jurnalist Ceyms Folinin anası hökumətdən narazılığını dilə gətirib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki , İŞİD terrorçuları tərəfindən qaçırılaraq başı kəsilib edam edilən jurnalist Ceyms Folinin anası Diana Foli "CNN"ə müsahibə verib.

Diana Foli ABŞ hökumətinin oğlunu pis vəziyyətə qoyduğunu və buna görə dəhşətə gəldiyini bildirib. Övlad itkisi yaşayan ana Ceymsin azadlığa buraxılması müqabilində fidyə ödəmək fikrinə tazı olduqları zaman hökumət tərəfindən həbs edilmə hədəsi ilə üzləşdiyini də gizlətməyib.

"Cimin (Ceyms) azad edilməsi üçün göstərdiyimiz səylər hökuməti narahat etdi. Onun azadlığı ABŞ-ın strateji mənafeləri arasında deyildi. Bizə sadəcə onun möcüzəvi şəkildə sərbəst buraxılmağını gözləməyimizi söylədilər. Və sərbəst buraxılmadı. Ölkəmizin Cimi pis vəziyyətə qoyduğunu hiss edirəm. Cim bunu bilsəydi, çox kədərlənərdi. O, son anına qədər ölkəsinin onu qurtarmağa gələcəyinə inanırdı. Cim çox qorxunc bir şəkildə öldürüldü." – deyə Diana Foli müsahibəsində bildirib.

Qeyd edək ki, Foli 2012-ci ildə Suriyada oğrulanıb. "İslam Dövləti" qruplaşmasının baş qərargahı Suriyada yerləşir və Foulinin orda öldürüldüyünü güman edilir.
Sizin Reklam Yeriniz