İran yenə silkələndi
Bu gün İranın Yəzd əyalətinin Behabad şəhərində 4,3 bal gücündə
zəlzələ baş verib. Movqe.az Trend-ə istinadən xəbər verir ki
, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji
Mərkəzinin hesabatına əsasən, təkanlar saat 00:12-da qeydə alınıb.
Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində olub. İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.