Bakıda ev yandı
Bakıda yanğın hadisəsi qeydə alınıb.Movqe.az-ın Fövqəladə
Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,
yanğın paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50
kv.m olan birmərtəbəli 2 otaqlı tikintisi başa çatmayan evdə baş
verib.
Nəticədə, evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Nəticədə, evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.