Əlaqə Arxiv
news Image
2014.09.27
13:07
| A A A
Türkiyə də İŞİD-ə qarşı əməliyyatlara qoşulur?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarından ölkəsinə geri qayıdıb. Ərdoğan İstanbulda keçirilən mətbuat konfransında səfərin təfərrüatlarına dair hesabat xarakterli çıxış edib.

Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, prezident hazırda dünya gündəmini zəbt edən İŞİD terrorçu qruplaşmasına qarşı mübarizəyə Türkiyənin də qoşulacağına eyham vurub.

"Ciddə şəhərində keçirilən iclasda Türkiyənin humanitar yardım məqsədilə bölgəyə müdaxilə edə biləcəyini, lakin fəal hərbi müdaxiləyə qoşulmayacağını demişdik. Həmin dövrdə şərtlər bunu tələb edirdi. Çünki Türkiyənin 49 vəzifəli şəxsi girov düşmüşdü. Lakin indi vəziyyət dəyişib. Bundan sonrakı müddət daha fərqli olacaq".

Ərdoğan, eyni zamanda, qeyd edib ki, İraqda Maliki ordusu geri çəkilən zaman orduya məxsus Amerika silahları İŞİD-in əlinə keçib. Ərdoğan hazırda İŞİD-in əlində ağır silahların olduğunu bildirib. Onun sözlərinə görə, Amerika hökuməti bu faktı etiraf edib.

Türkiyə hökumətinin oktyabrın 2-sində ordunun səlahiyyətlərini artırmaq məqsədilə qanun layihəsi qəbul edəcəyi gözlənilir. Daha sonra Türk Silahlı Qüvvələrinin İŞİD-ə hərbi müdaxiləsi parlamentdə səsverməyə çıxarıla bilər.
Sizin Reklam Yeriniz