Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili" mövzusunda qərargah məşqi keçirilib.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, məqsəd fövqəladə
halların nəticələrinin aradan qaldırılması zamanı Cənub Regional
Mərkəzinin rəhbər və zabit heyətinin idarəetmə sahəsində
peşəkarlığını, bilik və bacarığını daha da artırmaq, fövqəladə
hallar zamanı fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin
reallığını yoxlamaq, qüvvə və vasitələrin idarə edilməsində məşq
iştirakçılarının vərdişlərini artırmaqdır.
İki mərhələdə keçirilən qərargah məşqinə mərkəzin bütün rəhbər və
zabit heyəti cəlb olunub.
Birinci mərhələdə baş vermiş fövqəladə hadisə barədə şəxsi heyətə
xəbərdarlıq edilərək birgə fəaliyyət təşkil olunub, yaranmış
vəziyyət qiymətləndirilib, müvafiq hesabatlar və görüləcək işlər
barəsində təkliflər hazırlanıb, əsas idarəetmə məntəqəsi, rabitə və
xəbərdarlıq sistemi hazır vəziyyətə gətirilib, fövqəladə hallar
zamanı axtarış və qəza-xilasetmə işləri həyata keçirilib.