Əlaqə Arxiv
news Image
2014.10.04
22:04
| A A A
Azərbaycanda təbiət möcüzəsi
Təbiət həmişə öz şıltaqlığı ilə insanları heyrətləndirir.

Movqe.az milli.az-a  istinadən bildirir ki, yayda uzun müddət hökm sürən quraqlıqdan sonra qurumaqda olan ağaclar, təəccüblü də olsa, payızda çiçəkləyib. Qaxın Güllük kənd sakininin həyətyanı sahəsində çiçək açan gilas ağacı görənlərin də marağına səbəb olub. Kəndin digər ərazisində meyvə bağlarının birində isə alça ağacı çiçəkləyib.

Gavalı, alma və digər ağaclarda da oxşar hal müşahidə olunub. Kənd sakinləri bu fenomal hadisəni yayda müşahidə olunan quraqlıqla əlaqələndirirlər. Onların sözlərinə görə, yayda yarpaqlaya bilməyən ağaclar yağışların yağması ilə yenidən canlanıb.

Mülayim havanın təqribən bir ay davam edəcəyi təqdirdə ağacların bar verəcəyi də istisna olunmur.
Sizin Reklam Yeriniz