Bu məktəblərdən gələn şikayətlərə baxılacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən
başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə
keçirilən səyyar qəbullar davam etməkdədir. Movqe.az-ın Təhsil
İdarəsinə istinadla verdiyi məlumata görə, növbəti səyyar qəbullar
oktyabrın 11 - də Nərimanov və Yasamal rayonlarında keçiriləcək.
Nərimanov rayonu üzrə 177 №li məktəbdə keçiriləcək səyyar qəbula
34, 47, 73. 177, 202, 207, 304 №li məktəblərin müəllim və
valideynləri müraciət edə bilərlər.
Yasamal rayonu üzrə 53 №li məktəbdə keçiriləcək səyyar qəbula isə 53, 60, 153, 173, 175, 176 № li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.