Məlumat üçün qeyd edək ki, Ebola dünyanı təşvişə salan təhlükəli
virus olsa da, ÜST tərəfindən bu virusun yayılması hələki
panepidemiya elan olunmayıb. Xatırladaq ki, Azərbaycanda
səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas
Vəlibəyov Ebola virusu xəstəliyinə qarşı profilaktik və əksepidemik
tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza
keçməsinin qarşısının alınması məqsədi ilə əmr imzalayıb. Əmrdə
respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin
rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə
xüsusi tapşırıqlar verilib. Əmrdə xəstəliyə şübhəli bilinən
şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas
simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin
tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində
əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin
gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola
virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal
hospitallaşdırılması üçün şəraitin yaradılması, sərhəd keçid
məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə
yaradaraq Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar
üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin
yaradılması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi
və s. bu kimi xüsusi qabarlayıcı tədbirlərin görülməsi ilə əlaqədar
qurum rəhbərlərinə tapşırıq verilib. Son məlumatlara görə, ötən ay
Sierra Leonedən Madridə gətirilən və 3 gün içində həyatını itirən
Ebola xəstəsinin baxıcılarından birində də bu virusu aşkarlanıb.
AzNews.az xəbər verir ki, Madriddəki Karlos xəstəxanasında 15 ildən
çox işləyən 44 yaşlı qadının Ebola virusuna tutulduğu bu gün səhər
edilən qan analizindən sonra dəqiqləşib. Tibb bacısının evli olduğu
lakin, övladının olmadığı da söylənilib.Onda xəstəliyin ilk
əlamətləri iki həftə əvvəl peyda olsa da o, yalnız hərarəti
yüksəldikdən sonra həkimə müraciət edib. Hazırda xəstəxanda xüsusi
nəzarətə götürülüb.Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının son
məlumatlarına görə, Ebola virusundan 3500 nəfər ölüb. Alimlər
ehtiyat edirlər ki, oktyabrın sonunadək virus Fransa və Böyük
Britaniyaya da gəlib çıxa bilər.