Əlaqə Arxiv
news Image
2014.10.09
10:20
| A A A
Qonşular arasında atışma: yaralananlar var
Bakının   Xətai rayonunda  qonşular arasında yaranan mübahisə qanlı sonluqla bitib. APA-nın məlumatına görə, hadisə rayonun Nazim Şükürov küçəsində qeydə alınıb. Rayon sakini Sənan Əkbərov  qonşusu Şaiq Quliyevlə 8 ay əvvəl aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün onların həyətinə gedib. 

Şaiqin maşında olduğunu görən Sənan Əkbərov avtomobilə arxadan "Vinçestr" tüfəngi ilə atəş açıb. Atışma səsinə gələn Sənanın qardaşı  Rauf Əkbərov, atası Şahəddin , həyat yoldaşı Təzəgül Əliyeva  və Şaiqin yaxınları arasında dava olub. Əkbərovlar ailəsinin hər üç üzvünə xəsarət yetirilib.

Yaralılar yaxınları tərəfindən dərhal  1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Hadisə yerinə 148-ci polis bölməsinin əməkdaşları gəliblər. Polislər maddi sübut kimi  hadisə yerindən güllə gilizləri və 1 ədəd xəncər götürüb. Daha sonra şahidlərdən bir neçəsi izahatları alınması üçün polis bölməsinə aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz