Əlaqə Arxiv
news Image
2014.10.11
17:00
| A A A
Mitinqdə izdiham: 7 ölü, 40 yaralı
Pakistanın Multan şəhərində təşkil edilən mitinq izdihamı faciə ilə nəticələnib.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, Pakistanın cənubunda yerləşən Multan şəhərində hökumətə qarşı keçirilən mitinqdə 7 nəfərin öldüyü, 40 nəfərin isə yaralandığı bildirilir. Bir müddətdir davam edən etriaz aksiyalarına Pakistan Ədalət Hərəkatı (PTİ) sədriİmran Xanbaşçılıq edir.

Ötən gün Multan şəhərində baş tutan mitinqdə o da iştirak edib və çıxışında xalqa səslənib. Elə izdiham da məhz onun çıxışından sonra baş verib.

Mitinqdə yaranan izdiham nəticəsində çox sayda etirazçı xəsarət alıb. Yaralılar dərhal Nişter xəstəxanasına çatdırılıb. Onlardan bir neçəsi aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. Bu barədə xəstəxanın həkimiAşiqdə faktı təsdiqləyib.
Sizin Reklam Yeriniz