Rus-erməni təlimi başladı
Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi
dairəsinin bütün hərbi bazalarında genişmiqyaslı təlimlərə start
verilib.
ANS PRESS-in məlumatına görə, Cənub Hərbi dairəsinin mətbuat xidmətinin açıqlamasına görə, hərbi təlimlər Kamxud və Ələyəz təlim-tədris kompleksində keçirilir. Oktyabrın 13-dən başlayan təlimlər oktyabrın 19-na kimi davam edəcək.
Açıqlamada bildirilir ki, hərbi bazalarda olan bütün qoşun növləri döyüş hazırlığı vəziyyətinə gətirilib. Cənub Hərbi dairəsinə aid hərbi bazaların tarixində ilk dəfə olaraq təlimlərdə 3 min hərbi qulluqçu, 500-dən çox hərbi texnika iştirak edir.
Təlimlərin keçirilməsində məqsəd ordunun döyüş qabiliyyətini yoxlamaqdır. Təlimlərə cənub Hərbi dairəsinin komandiri Aleksandr Romançuk rəhbərlik edir.