Əlaqə Arxiv
news Image
2014.10.15
15:30
| A A A
NİDA-çıdan əfv müraciəti
3 saylı istintaq təcridxanasında saxlanılan Ömər Məmmədov müraciət ünvanlayıb. Pentensiar Xidmətdən Movqe.az-a verilən məlumata görə, "NİDA" Vətəndaş Hərəkatının üzvünün müraciəti prezident İlham Əliyev, Mətbuat Şurası və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə ünvanlayıb. Ö. Məmmədovun xahişi ilə müraciətləri olduğu kimi kütləvi informasiya vasitələrinin nəzərinə çatdırırıq:

"Cənab Prezident hörmətli İlham Heydər oğlu Əliyev!
Mən cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılıram. Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz. 

Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm."

Yazaraq sizə bildirirəm ki, bu gün mən Respublikamızın Prezidenti cənab İlham Əliyevə əfv olunmağım barədə ərizə ünvanlamışam. Bu ərizəni və yazdığım müraciəti özüm yazmışam və bu, mənim öz fikrimdir. Əlavə olaraq da VHP rəhbərliyindən xahiş edirəm ki, məni üzv olduğum partiyadan bu günkü gündən çıxardasız.
Müraciəti özüm yazdım düzgünlüyünü imzamla təsdiq edirəm".

Xatırladaq ki, bundan əvvəl də NİDA Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvləri Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə müraciət edərək əfv istəyiblər.



Sizin Reklam Yeriniz