Əlaqə Arxiv
news Image
2014.10.18
12:05
| A A A
Qaradağ İcra Hakimiyyətinin əməkdaşı benzin töküb özünü yandırdı
Gecə Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində sərxoş kişi üzərinə benzin tökərək özünü yandırıb. Hadisə qəsəbənin 20 Yanvar küçəsi, ev 30 ünvanında qeydə alınıb.

Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, Qaradağ Rayon İcra Hakimiyyətində təsərrüfat işləri üzrə sürücü işləyən 37 yaşlıQüdrət Mahmudovevə içkili gələrək həyat yoldaşıCəmalə Mahmudovailə mübahisə etməyə başlayıb. Daha sonra içkinin təsirindən özündə olmayan Mahmudov yanacağı üstünə tökərək özünü yandırıb.

Səs-küyə gələn qonşular çətinlikə olsa da, Qüdrət Mahmudovun üstünə su tökməklə alovu söndürə biliblər. Yaralı ağır vəziyyətdə hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda onun vəziyyəti qeyri-kafidir.

Hadisənin təfərrüatlarını isə Qaradağ Rayon Prokrorluğunun və polis idarəsinin istintaqçıları araşdırırlar. Bu məqsədlə əməliyyat-istintaq qrupu bədbəxt hadisənin baş verdiyi ünvana da baş çəkib. İlkin araşdırmalar nəticəsində hadisənin ailə-məişət zəminində baş verdiyi ehtimal olunur.
Sizin Reklam Yeriniz