Əlaqə Arxiv
news Image
2014.10.19
13:02
| A A A
2 azərbaycanlı qaçaq daşımaq istədilər, tutuldular
Türkiyənin Muğla vilayətində saxlanılan 2 azərbaycanlı - 53 yaşlı Telman Quliyev və 45 yaşlı Rahil Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Azərbaycanın İstanbuldakı konsulu Kənan Murtuzovun dediyinə görə, Türkiyə qanunlarına görə həmvətənlərimiz cinayət başında yaxalandıqlarına görə istintaq dövründə həbsdə qalacaqlar.

"İstintaqın nə qədər davam edəcəyi bizə məlum deyil, təbii ki istintaqdan asılı olaraq yenidən məhkəmə olacaq. Bundan sora qərar veriləcək", deyə Konsul bildirdi.

Saxlanılan azərbaycanlılar qaçaq şəxsləri gəmi vasitəsilə Türkiyə üzərində 3-cü ölkəyə daşımaqda ittiham olunurlar. Bu arada "İdea 1" qayığı ilə daşınan immiqrantların görüntüsü yayılıb. Ticarət gəmisində 81 nəfər olub. Onlar Suriya, İraq, Birma və Eritreyadandırlar. Türkiyə mətbuatının məlumatına görə, Palamütbük sahillərində saxlanılan gəmidə axtarış aparan təhlükəsizlik qüvvələri ilkin olaraq həmin 81 immiqrantın Türkiyə vasitəsilə Avropa ölkələrinə aparıldığını müəyyən edib. Qaçaqlar ifadələrində ölkələrindəki təzyiqlərdən bezərək, Avropa ölkələrinə getməyə çalışdıqlarını söyləyiblər. Azərbaycan əsilli iki nəfər Telman Quliyev və Rahil Hüseynov təşkilatçı qismində istintqa cəlb ediliblər.

Sizin Reklam Yeriniz