Əlaqə Arxiv
news Image
2014.10.21
11:35
| A A A
Atəşkəs rejimi 14 dəfə pozulub
Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyindən Movqe.az-a bildiriblər ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.  Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Sizin Reklam Yeriniz