Əlaqə Arxiv
news Image
2014.10.21
16:25
| A A A
Prezidenti ad gününə dəvət edən məktəbli danışdı - VİDEO

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə Gəncədə görüşən məktəbli Ümid təəssüratlarını bölüşüb.


11 yaşlı məktəbli ANS-ə açıqlamasında bildirib ki, prezidentlə görüşmək arzusunun reallaşacağına inanıb. "Prezidentlə görüşmək mənim arzularımda, xəyyallarımda idi". 

Gəncədəki 27 saylı liseyin xüsusi istedadlılar qrupunda təhsil alan 11 yaşlı Ümid Həbibov şəhərdən 20 dəqiqə uzaqlıqdakı qəsəbədə yaşayır. Onun yaşına uyğun olmayan qeyri-adi uşaq təffəkürü məndə hardasa təəcüb doğurur. Valideynləri deyir Ümid özünü dərk edəndən ictimai-siyasi hadisələrlə maraqlanır, xəbərləri mütamadi izləyir, prezidentin hansı ölkələrə səfər etməsi ilə maraqlanır. Elə ona görə də o ölkə başçısını nə vaxtsa yaxından görmək arzusuna düşür. 

Prezidenti nə vaxtsa yaxından görəcəyinə bütün qəlbi ilə inanan bu balacanın arzusu bir gün çin olur. Və prezident xanımı ilə birgə Gəncədə görülən işlərlə tanış olan zaman, sakinlərlə də görüşür. Küçə ilə evlərinə tələsən bu balaca Gəncənin mərkəzi Cavad xan küçəsində ölkə başçısını görəndə təəcüblənir. Prezident və xanımı onunla səmimi söhbət edir. O hətta prezindenti ad günü də dəvət etməyə fürsət tapır.

"Mən təəcübləndim. İnanmadım ki, həqiqətən də İlham Əliyevlə görüşürəm".

O hətta prezidentə bir neçə dəfə məktub da yazdığını, amma göndərə bilmədiklərini deyir. İti zəkası ilə seçilən bu azyaşlı artıq özünün hansı peşə sahibi olacağını da müəyyənləşdirmiş görünür. "Mən diplomat olmaq istəyirəm. Bu mənim fikrimdədir".

O hər gün rəsmi xronikanı izləyir. İndi gələcək diplomat gələn il martın 19-da İlham Əliyevin onun ad gününə gələcəyi sevinci ilə yaşayır.


Sizin Reklam Yeriniz