Əlaqə Arxiv
news Image
2014.10.24
11:00
| A A A
8 rayonda qaz olmayacaq
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, bu gün saat 16:00-dək Binəqədi, Sabunçu və Xəzər rayonlarının bir hissəsinə, saat 18:00-dək Quba rayonuna, saat 11:00-dan 18:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 12:00-dan 16:00-dək Qazax rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Nəsimi rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Fasilələrin yaranması qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.
Sizin Reklam Yeriniz