Əlaqə Arxiv
news Image
2014.10.25
12:21
| A A A
Avtomobil sürən qadınlar cəzalandırılacaq
Oktyabrın 26-da avtomobil sürmə çağırışına qoşulan Səudiyyə qadınları Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən cəzalandırılacaq.Movqe.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi sözçüsü Mənsur Türki avtomobil sürməyə təşviq etmək məqsədi ilə həyata keçirilən kampaniyada iştirak edən qadınlara qarşı sanksiya tətbiq olunacağını açıqlayıb.
Bu arada Səudiyyə Ərəbistanında bəzi qadın fəallar sosial şəbəkələrdə oktyabrın 26-da bütün qadınlara avtomobil idarə etmə çağırışı ediblər.Türki isə "Ölkədə sabitliyi pozmağa istiqamətləndirilmiş çağırışlara uyanlar"ın cəzalanacağını bildirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı "Yüksək Alimlər Şurası" 1990-cı ildə fitva verərək qadınların avtomobil idarə etməsinin gələcəkdə böyük ziyanlar yaratdığını əsas gətirərək dinə zidd davranış olduğunubildirib. Səudiyyə qadınları 1990-cı ildən tez-tez kütləvi şəkildə sükan arxasına keçərək rəhbərliyin qadağalarına meydan oxuyurlar.
Sizin Reklam Yeriniz