Əlaqə Arxiv
news Image
2014.10.26
21:02
| A A A
WhatsApp Facebook-u geridə qoydu
WhatsApp son göstəricilərinə görə bütün rəqiblərini geridə qoyub.

Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, "Blackberry Messenger"in də mesajlaşma bazarına girişindən sonra vəziyyət daha da qızışıb. Mesajlaşma platformasında rəqabətin artmasına baxmayaraq "WhatsApp" hələ də rəqiblərindən bir addım qabaqdadır.

Eyni zamanda, mesajlaşma xidmətinə yeniliklərlə qoşulan "Blackberry Messenger" və "Line"nın son bir neçə həftə ərzində xeyli sayda yeni istifadəçi əldə etdiyi də bildirilir.

Son zamanlar yeni mesajlaşma tətbiqlərinin uğur qazanması isə bazardakı digər rəqiblərin geriləməsi mənasını verir. Hazırda bu enişə məruz qalan mesajlaşma tətbiqi isə Facebook-un Messengeridir.

"One Device Research"ün beş ölkədə apardığı araşdırmaya görə, hazırda insanların 44%-i WhatsApp-dan, 35%-i isə Messenger-dən istifadə edir.
Sizin Reklam Yeriniz