Azərbaycan və Fransa prezidentlərinin görüşü keçirilir
Fransa Prezidenti Fransua
Olland Azərbaycan Prezidenti İlham Əliyevi Parisdə Yelisey
Sarayında qarşılayıb. Bu barədə Trend "Reuters" agentliyinə
istinadən məlumat verir.
Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Parisdə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə Fransa Prezidenti Fransua Olland çıxış edib. Avqust ayında isə Azərbaycan və Ermənistan prezidentləri Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə Dağlıq Qarabağ münaqişəsinə dair üçtərəfli görüş keçiriblər. Bundan öncə V.Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşləri keçirilib.