Əlaqə Arxiv
news Image
2014.10.28
17:04
| A A A
Sonsuzluq problemi Milli Məclisdə
Millət vəkili Qənirə Paşayeva Parlamentin bugünki iclasında sonsuzluqladan əziyyət çəkən ailələrin problemlərini qaldırıb. Deputat bu ailələrin xahiş və təkliflərini səsləndirərək bu ailələrə övlad sahibi ola bilmələri üçün dövlət dəstəyinin göstərilməsinin vacibliyini deyib və bu istiqamətdə təcili işlərin həyata keçirilməsinə çağırıb.  Nikaha daxil olan şəxslər arasında sonsuzluq probleminin 10%-ni artıq keçidiyini deyən millət vəkili Q.Paşayeva parlamentdə təcili olaraq bu cür ailələrə dəstəyi nəzərdə tutan reproduktiv sağlamlıq haqqında qanun layihəsinin müzakirə və qəbuluna çağırıb. O bildirib ki, mövcud qanun layihəsində 10 il müddətində sonsuzluq problemindən əziyyət çəkən ailələrə bir dəfə dövlətin maliyyə dəstəyi ilə, pulsuz olaraq süni mayalanma əməliyyatının həyata keçirilməsi nəzərdə tutulub. Əslində bu müddəti 10 ildən də aşağı salmaq lazımdır və sonsuzluqdan əziyyət çəkən ailələrə bir dəfə süni mayalanmanın dövlət vəsaiti hesabına həyata keçirilməsini nəzərə tutan bu qanunu təcili qəbul etmək lazımdır.  "Bu təklif reallaşsa cəmiyyətimiz üçün önəmli addım olardı və uzun illər sonsuzluqdan əziyyət çəkən və dağılmaqda olan ailələrin xilası demək olardı. Dövlətimizin bu gün bunu edəcək imkanları var. Hesab edirəm ki, qısa zamanda artıq bunu həyata keçirmək olar və biz bununla sonsuzuqdan əziyyət çəkən ailələrə ciddi kömək edə bilərik, bu səbəbdən dağılan ailələrin, boşanmaların sayı azalar və bu problemdən əziyyət çəkən ailələrdə yaşanan gərginliklər azalar", - millət vəkili Q.Paşayeva deyib. 

Millət vəkili sonsuzluq probleminin ciddi bir problem olduğunu vurğulayaraq, reproduktiv sağlamlıq haqqında qanunun qısa zamanda qəbulunun həddindən artıq vacib olduğunu bildirib və parlamentin qısa zamanda bu qanunun qəbul etməsinin minlərlə ailəni sevindirəcəyini deyib.
Sizin Reklam Yeriniz