Əlaqə Arxiv
news Image
2014.10.28
22:44
| A A A
Metro faciəsi: 19 il ötdü
"Ulduz" və "Nərimanov" arasında baş verən qəzada 300 nəfər ölüb

Bu gün Bakı Metropoliteninin "Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasında baş vermiş qəzadan 19 il ötür. 1995-ci ilin oktyabrın 28-də baş vermiş qəzada 300-ə yaxın adam ölmüş, 400 nəfər isə yaralanmışdı.

Hadisədən sonra araşdırılmalar aparıldı və hadisənin baş verməsinə səbəb kimi "Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın mühərriklərindən birində yanğın baş verməsi göstərildi. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.

Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı.

Bu qəza "Ginnesin rekordlar kitabı" redaksiyasını ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və "birincilik" Azərbaycana keçib.
Sizin Reklam Yeriniz