Əlaqə Arxiv
news Image
2014.10.30
12:18
| A A A
Bakı metrosunda qızlar dava saldı

Bu gün Bakı metrosunda dava düşüb.

"Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda iki qız dava salıb.

Qızlardan biri "20 Yanvar" stansiyasında qatara minib. "Nizami" və "28 May" stansiyaları arasında həmin vaqondakı başqa qızla mübahisəyə başlayıb. Yer üstündə davada şapalaq səsləri də çıxıb, söyüşlər yağıb.

"20 Yanvar" stansiyasında qatara minən qız hətta vaqondakını təhdid edib, "razborkaya" çağırıb.

Bundan bezən sərnişinlər onları sakitləşdirib, vaqondan düşmələrini tələb ediblər. Davanı qatan qız "28 May" stansiyasında düşüb, digərini çağırsa da, nail ola bilməyib.

Hadisənin videogörüntüsünü də təqdim edərdik, amma qulaqlarınızın iki qızın dilindən çıxan söyüşləri eşitməsini rəva görmürük. (milli.az)

Sizin Reklam Yeriniz