"Azercell"in şöbə müdirinə "Ağıllı kabinet"in açarı təqdim edildi
Media Consulting and Services agentliyinin rəhbəri Samir
İsmayıl Azercell Telekomun Korporativ Əlaqələr Şöbəsinin
rəhbəri Nigae Şıxlınskyaya "Ağıllı kabinet"in yenilənmiş
versiyasının açarını təqdim edib. Bu xəbər kabineti
vasitəsilə bu gün artıq 200-ə yaxın mənbədən gələn məlumata 24/7
prinsipinə uyğun olaraq giriş alırsınız. Sizin abunə olduğunuz
sektora aid məlumatlar açar sözlərə uyğun olaraq sistemə daxil
olur. Sistemdə yer alan məlumatların mənbəyi və dərc olunma vaxtı
göstərilir. Məlumatda yer alan açar sözlər proqram tərəfindən
qırmızı şriftlərlə göstərilir. Açar sözlərin qırmızı şriftlərlə
işarələnməsi Sizə məlumatın əhəmiyyətli hissəsini tez tapmaqda
yardımçı olur. Ağıllı kabinetdə sektor üzrə yer alan məlumatları
Siz ümumi və şirkətlər üzrə görə bilirsiniz. Bu məlumatları
çeşidləmək, onu Word sənədinə köçürmək və eyni zamanda çap etmək
imkanına sahibsiniz. Bundan əlavə bu kabinet vasitəsilə sektora aid
ötən günlərin və ya ayın məlumatını axtarış sistemi vasitəsilə tapa
bilərsiniz. Ağıllı kabinet həmçinin, dərc olunan məlumatların
statistikasını mənbə, sektor və ya şirkət üzrə aparmaq imkanı
verir. Bir aylıq məlumatların sayını hesablamaq üçün cəmi 1 dəqiqə
vaxt tələb olunur. Proqram həmçinin məlumatların xarakter üzrə də
hesablanmasına imkan verir. Aparılan bütün hesablamaları Excel
proqramına eksport etmək, göndərmək və ya çap etmək mümkündür.
Beləliklə, bütün hesabatlar "bir düymə" ilə hazır
olur.