Əlaqə Arxiv
news Image
2014.11.03
10:35
| A A A
Azərbaycanın magistral yollarında vəziyyət necədir?
Azərbaycanın magistral yolları açıqdır və avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yoxdur. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, hazırda bütün yollarda çiskin, yağış var, külək əsir, Qusarda qar yağır, Ağsu aşırımda isə sulu qar yağır. Ancaq bütün yollar açıqdır.

Onun sözlərinə görə, sürücü avtomobilin surətini meteoroloji şəraitə uyğun seçməlidir: "Yağışlı hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olur. Sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər. Belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işlənməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqət yetirilməlidir".

K.Əliyev qeyd edib ki, dünən ölkə ərazisində 12 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Ölümlə nəticələnən yol qəzası Qaradağ rayonu ərazisində baş verib. Avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Yevlax rayonu ərazisində isə avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Sizin Reklam Yeriniz