Azərbaycanda bir sıra obyektlərə istiliyin vaxtından tez verilməsi qərarı verildi-Özəl
Azərbaycanda istilik təhcizatı qurumlarının qış vaxtına keçid
tarixi noyabrın 15-dən olsa da, artıq "Azəristiliktəchizat" ASC bir sıra obyektlərə istiliyin
verilməsinə bu gündən start verəcək. Bu barədə qurumun bu gün
keçirilən iclasında qərar verilib. Qurumun Abonent və müştəri
xidmətlərinin rəisi Rafiq Əliyev Movqe.az-a açıqlamasında bildirib ki, bununla bağlı
qurumda iclas keçirilib, havaların soyması ilə əlaqədar noyabr
ayının 3-dən etibarən uşaq bağçaları, internat evləri, doğum
evlərinə istiliyin verilməsi qərara alınıb.