Əlaqə Arxiv
news Image
2014.11.09
10:11
| A A A
Məşhur bəstəkarı yalançı çıxardılar: 13 uşaq doğan arvadı...
Avstraliyanın Çarlz Darvin Universitetinin professoru ünlü bəstəkar İohan Sebastyan Baxa məşhurluq gətirən əsərləri əslində onun arvadının yazdığını iddia edib.Movqe.az modern.az-a istinadən xəbər verir ki, Martin Karves adlı professor Baxın həyat yoldaşı Anna Maqdalena haqqında sənədli film çəkir.

O, apardığı araşdırmalardan belə qənaətə gəlib ki, Baxa məşhurluq gətirən bəzi musiqiləri onun ikinci həyat yoldaşı yazıb.

Əslində professor bu iddianı 2006-cı ildə ortaya atıb. Son 8 ildə Baxın əl yazısını, imzasını və əsərlərini araşdıraraq bu nəticəyə gəlib. Professor iddia edir ki, Maqdalenanın qələmə aldığı notlar xanımın özünə aid olub.

Qeyd edək ki, Anna Maqdalena Sebastyan Baxla 1721-ci ildə evlənib. O, Baxdan 16 yaş kiçik olub. Onların 13 uşağı olsa da, uşaqlardan 7-si kiçik yaşlarda vəfat edib. Bəstəkarın ölümündən bu günə qədər Anna Maqdalena "Dul Bax" olaraq xatırlanır.
Sizin Reklam Yeriniz