Əlaqə Arxiv
news Image
2014.11.09
09:13
| A A A
Bu günə olan hava proqnozu
Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.

Temperaturun gecə 5-8°, gündüz 12-17°, Bakıda gecə 5-7°, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındahava əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındahava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 3-6°, gündüz 13-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarındaəsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 3-8°, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındahava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacağı, bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 3-8°, gündüz 14-19° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındaarabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi 3-8 m/s sürətlə əsəcək. Temperaturun gecə 5-8°, gündüz 13-18°, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.
Sizin Reklam Yeriniz