Əlaqə Arxiv
news Image
2014.11.10
22:03
| A A A
İslamçılar kraliçanı bıçaqlamaq istədilər

The Guardian yazır ki, Londonda Britaniya kraliçası 2-ciYelizavetavə onun əri, Edinburq hersoquFilippə qarşı sui-qəsdin qarşısı alınıb.

Radikal islamçılar Albert-Hollda kraliçaya və onun ərinə hücum etmək istəyirdilər. Həmin vaxt Kral Britaniya Legionunun festivalı keçiriləcəkdi.

İslamçılar kraliçanı bıçaqlamaq niyyətində olublar.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, planlaşdırılan sui-qəsd barədə kraliça 2-ci Yelizaveta və baş nazirDevid Kemeronxəbərdar olublar. Bukinhem Sarayı kraliçanın anım mərasimlərindəki iştirakını təxirə salmayıb.

Polis və xüsusi xidmət orqanlarının həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində Londonda 19-27 yaşlarında 4 nəfər tutulub.

Britaniya kraliçası 2-ci Yelizavetaya son sui-qəsd cəhdi 1981-ci ilin sonunda olmuşdu.

Sizin Reklam Yeriniz