Əlaqə Arxiv
news Image
2014.11.11
10:55
| A A A
Azərbaycanlı müğənni dünya ulduzları ilə eyni səhnədə
Hər il ənənəvi olaraq keçirilən "Europian Music Awards" mükaflandırılma mərasimində azərbbaycanlı gənc müğənni xüsusi qonaq olaraq iştirak edib. Movqe.az-ın  məlumatına görə, ötənilki "Türkvision" müsabiqəsinin qalibi Fərid Həsənov Qazaxıstanda dünyaca məşhur ifaçılar Lorin və Ani Lorakla eyni səhnəni paylaşıb. Bu haqda xəbəri müğəninin prodüsseri və eyni zamanda "AES Group"un rəhbəri, təşkilatçı Aqil Məmiyev verib. 
İfaçı Qazaxıstanın birinci musiqi kanalı olan "Muzone" telekanalının keçirdiyi mükafatlandırma mərasimində iştirak edib.""Muzone" kanalının mükafatlandırma mərasimində bu il dörd əcnəbi qonaq olub: "Eurovision 2012" qalibi Lorin, ukraynalı ifaçı Ani Lorak, hansısa bir qrup və Fərid. Gənc müğənni səhnə arxasında dünya ulduzları ilə görüşmək fürsəti qazanıb və daha sonra həmin kanalda canlı verilişə qatılıblar." – deyə təşkilatçı A.Məmiyev bildirib. Qeyd edək ki, Fərid bu il keçiriləcək "Türkvision" müsabiqəsində də iştirak edəcək. 
Sizin Reklam Yeriniz