Əlaqə Arxiv
news Image
2014.11.13
10:20
| A A A
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?
Azərbaycanda "yaz havası" davam edəcək. Bu barədə Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. 
Məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Havanın gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin müşahidə ediləcək, cənub rayonlarında az yağış yağması ehtimalı var. Şəq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyə kimi şaxta, gündüz 8-13 dərəcə isti olacaq.
Sizin Reklam Yeriniz