Azərbaycanlı qız dünya çempionu oldu- Fotolar
Pauerliftinq üzrə növbəti dünya çempionatı
Amerikanın Florida ştatında noyabr ayının 12 –dən start götürüb.
Movqe.az-ın məlumatına görə, bu
çempionatda həmyerlimiz, Azərbaycan yığma komandasının favoriti,
2012-2014- cü illər ərzində üçqat mütləq Avropa, ikiqat mütləq
dünya çempionu, Heydər Əliyev kubokunun sahibi olan Günel Talıbova
da çıxış edib. O, növbəti dəfə dünya çempionu olub. Üç hərəkətin
cəmində xanım idmançımız 56 kq çəki dərəcəsində 430 (150-90-190) kq
qaldırıb. Qeyd edək ki, Günel Talıbova
mütləq dünya rekordçusudur. Onun haqqında Amerikanın, Rusiyanın və
digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub.
Həmçinin xeyli sayda müsahibələri yerli və dünya mətbuatda yer
alıb.