Əlaqə Arxiv
news Image
2014.11.13
13:40
| A A A
İrəvanı gözləyən yeni faciə
Yaxın günlərdə Ermənistanda havanın temperaturunun mənfi 29-a qədər enəcəyi gözlənilir və bu, əhali arasında böyük çaxnaşmaya səbəb olub. 

ANS PRESS-in məlumatına görə, bu barədə İrəvanda nəşr olunan "Artak" qəzeti yazıb. "Meteoroloqlar qarşıdan gələn müddətin proqnozlarından narahat olublar. Deyilənə görə, bu proqnozlar ciddi şəkildə gizlədilir. Söhbət 29 dərəcəyə qədər şaxtaların olacağından gedir",- deyə qəzet vurğulayıb. 

Amma Ermənistanın hidrometeoroloji xidməti məsələni təkzib etməyə çalışıb. Müstəqil ekspertlərin fikrincə, rəsmi İrəvan bununla Ermənistandan başlayan köçün qarşısı almağa çalışır. Cəbhə xəttində vəziyyətin gərginləşməsi və gözlənilən sərt soyuqlar son günlərdə Ermənistandan köçü sürətləndirib. 
Sizin Reklam Yeriniz