Türkiyə mediası Doğuşla Xoşqədəmdən yazdı
Türkiyə mətbuatı yenidən müğənni Doğuş və
aparıcı Xoşqədəm Hidayətqızı haqqında yazıb. "Qafqazinfo"nun
məlumatına görə, "Doğuş ilk dəfə həyat yoldaşı ilə" başlıqlı
xəbərlərdə cütlüyün Etilerdə görüntüləndikləri
bildirilib. Ötən axşam həyat
yoldaşıyla Etilerdə yerləşən "Mədəniyyətlər süfrəsi" restoranında
görüntülənən müğənni diqqətləri üzərinə çəkib. Keflərinin
yerində olduğu görülən yeni evli cütlük məşhur dj Afrikalı Ali
ləqəbli Ali Şentürklə bir araya gəlib.
Məlumatda daha sonra qeyd olunur ki, Doğuş və azərbaycanlı həyat yoldaşı məkan çıxışı əl-ələ jurnalistlərin önündə poza verib və çox xoşbəxt olduqlarını söyləyib.
Qeyd edək ki, müğənni Doğuşun baş rollarını Yıldız Asiyalı və Afrikalı Əli ilə birlikdə oynadığı "Aşkkopat" filmi tezliklə nümayiş olunacaq.