Jurnalistlərin binası ilə baglı yeni xəbər
Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunda jurnalistlər
üçün tikilən ikinci yaşayış binasının 12 mərtəbəsi inşa
olunub.Movqe az "Media forum" saytına istinadən xəbər
verir ki, bu barədə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli məlumat verib.Vüqar Səfərli qeyd
edib ki, binanın tikintisi təyin olunmuş qrafikə uyğun davam
etdirilir: "Bütün işlər öz normasında gedir. Binanın 12-ci
mərtəbəsində işlər davam etdirilir. Hər hansı yubanma yoxdur. Bina
tam hazır olduqdan sonra mənzillərin jurnalistlərə verilməsi ilə
bağlı bütün şərtlər açıqlanacaq".3 bloklu, 17 mərtəbəli və 255
mənzildən ibarət olacaq binanı 2015-ci ildə təhvil vermək
planlaşdırılır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq.Ərazidə
jurnalistlər üçün tikilmiş 156 mənzilli ilk bina 2013-cü ildə
istifadəyə verilib. Açılış mərasimi iyulun 22-də olub və həmin gün
ikinci binanın təməli qoyulub.Jurnalistlər üçün yaşayış binası
dövlət vəsaiti hesabına tikilir və pulsuz paylanır.