Əlaqə Arxiv
news Image
2014.11.14
12:47
| A A A
Ermənilərin vertolyot yanğısı
Ermənistanın baş naziri Ovik Abramyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Hərbi Hava Qüvvələrlərinə aid "Mi-24" vertolyotunun vurulmasını ittiham edib və bunu "cinayət" adlandırıb.

ANS PRESS-in məlumatına görə, o, Azadlıq Radiosuna bildirib ki, Azərbaycan tərəfi həmişə yüksək səviyyədə görüşlərdən sonra belə təxribatlara əl atır. Bu, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara mane olan növbəti təxribatdır. Beynəlxalq ictimaiyyət, təşkilatlar bu məsələdə mövqeyini ifadə etməli, bu addımı ittiham etməlidir."

Ermənistanın hökumət başçısı yenə özlərini humanist göstərməyə çalışıb: "Biz ATƏT-in Minsk qrupu formatında sülh danışıqlarının davam etirilməsini dəstəkləyirik, amma belə hərəkətlərə dözməməliyik. Düşünürəm ki, bu, həm də həmsədrlərin məsələsidir, həmçinin beynəlxalq təşkilatlar və bütün dünya ictimaiyyəti Azərbaycan hakimiyyətinin belə davranışını ittiham etməlidir."

Baş nazir jurnalistlərin "bunu avqust hadisələrinin davamı adlandırmaq olarmı" sualına belə cavab verib: "Mən ssenarini belə proqnozlaşdırmaq istəməzdim, çünki, bu, ümumiyyətlə, heç kəsə sərfəli deyil. Amma biz uyğun olan nəticəni çıxarmalıyıq və konkret addımlar həyata keçirməliyik. İndi ölkə prezidenti Qarabağdadır və "Dağlıq Qarabağ hakimiyyəti" mövqeyini və münasibətini mütləq bildirəcək."

Ümumiyyətlə, son hadisə erməniləri hələ bundan sonra çox yandırıb-yaxacaq. Çünki onlar qarşı tərəfin gücünü heç vaxt dəyərləndirmək istəməyib. Havadarların hesabına "guruldayan, "coşub-daşan" ermənilər indi vəziyyətin necə dəyişdiyinin şahidi olur, qarşısında Azərbaycanın hərbi gücünü görürlər. Yeganə yol utopik xəyallardan uzaq durmaq, real vəziyyəti dəyərləndirmək və Azərbaycanla razılaşmaqdır. Yoxsa, erməniləri qarşıda hələ çox sürprizlər gözləyir... 

Xatırladaq ki, noyabrın 12-də Ermənistana məxsus Mi-24 döyüş helikopteri Ağdamda mövqelərimizə hücuma cəhd etdiyi üçün vurulub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. 
Sizin Reklam Yeriniz