Əlaqə Arxiv
news Image
2014.11.14
20:35
| A A A
AXCP üzvü yol qəzasında ölüb
Bakıda ağır yol qəzası baş verib. 

Movqe.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakinləri Teymur Sağıyevin idarə etdiyi "QAZ-3302" və Emin İbrahimovun idarə etdiyi "VAZ-21154" markalı avtomobillər toqquşub.

Qəza zamanı E.İbrahimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyibər. E.İbrahimov dünən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Emin İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvüdür.

AXCP-nin Gənclər Komitəsinin sədri İlham Hüseyn APA-ya faktı təsdiqləyib.


Sizin Reklam Yeriniz