Əlcəzair Prezidenti xəstəxanaya yerləşdirildi
Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın səhhətində problem yaranıb.
Movqe.az publika.az-a istinadən xəbər verir ki,77 yaşlı Prezident Fransanın Qrenobl şəhərindəki klinikalardan birində yerləşdirilib.
2005-ci ildə Paris yaxınlığındakı Val-de-Qras xəstəxanasında əməliyyat olunan Prezident 2006-cı, 2011-ci və 2013-cü illərdə insulta görə Fransada müalicə edilib.
Əbdüləziz Buteflikanın hazırda Qrenoblda hansı xəstəlikdən müalicə
olunması barədə məlumat verilmir.